Sürücü sükan arxasında öldü

  • Müəllif: Orxan
  • 14 Sentyabr 2026 13:44

Bakıda sürücü sükan arxasında vəfat edib.

Gununsesi.info xəbər verir ki, hadisə Binə qəsəbəsi ərazisində qeydə alınıb.

1968-ci il təvəllüdlü H.Yarəliyev özünə məxsus “Opel” markalı avtomobildə qəfil ölüb.

Sürücünün ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.

Gununsesi.info