Azərbaycanın ictimai-siyasi həyatında son günlər bir-birindən diqqətçəkən hadisələrlə yadda qalır.
Ramiz Mehdiyevin işi üzrə məhkəmə prosesinin başlanması ilə bağlı xəbərlər və Yeni Azərbaycan Partiyasının qarşıdakı qurultayı siyasi gündəmin əsas mövzularından birinə çevrilib.
YAP-ın rəsmi məlumatlarında partiyanın yeni dövrün çağırışlarına uyğun fəaliyyətini davam etdirdiyi vurğulanır.
Belə bir məqamda partiyanın gələcəyi, onun rəhbər strukturlarında təmsil olunan şəxslərin siyasi keçmişi və fəaliyyətləri barədə müzakirələrin aparılması təbiidir.
Xüsusilə də uzun illər Azərbaycan siyasi sistemində mühüm rol oynamış Ramiz Mehdiyevlə bağlı proseslər fonunda YAP daxilində hansı dəyişikliklərin baş verə biləcəyi sualı daha çox diqqət çəkir.
Gununsesi.info xəbər verir ki, bu barədə YAP Təftiş Komissiyasının üzvü, uzun illər Milli Məclisin deputatı olm Musa Musayev də fikirlərini bildirib.
O, bu barədə yazıb:
“Çox maraqlı günlər yaşayırıq.Sentyabrın 21 – də “boz kardinal“ın – Ramiz Mehdiyevin məhkəməsi başlayır. Deyilənə görə, səhətində problemlər olduğuna görə məhkəməyə gələ bilməyəcək və onlayn məhkəməyə qoşulmağını xahiş edib. Eyni zamanda qonşumuz olan Ermənistandada Robert Köçəryan və Serj Sərkisyanın da məhkəməsi gedir. Düşünürəm ki, Azərbaycanda şahidlər olduğu kimi, yəqin ki, Ermənistandanda şahidlər peyda ola bilər. Eyni zamanda da qarşıda YAP-nın səkkizinci Qurultayı gözlənilir. YAP – nın yaranmasında və inkişafında müstəsna xidmətləri olan bir şəxs kimi istərdim ki, Ramiz Mehdiyev və onun YAP-da olan havadarları da YAP-ın rəhbər orqanlarından uzaqlaşdırılsınlar. 2026 – cı ili maraqlı hadisələrlə başa vuracağıq. Dövlətimizə, millətimizə, partiyamıza və cənab Prezidentimizə xəyanət edənlərlə üzülüşməyin zamanıdır!”












