FHN-dən Dövlət Suverenliyo Gününə həsr olunan tədbirlər

  • Müəllif: Orxan
  • 19 Sentyabr 2026 13:09

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərində 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbirlər keçirilib.

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Dövlət Himni ilə başlanan tədbirlərdə Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra çıxış edənlər bildiriblər ki, 27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin müdrik rəhbərliyi, yüksək sərkərdəlik məharəti, parlaq diplomatik istedadı və rəşadətli Azərbaycan Ordusunun misilsiz sücaəti sayəsində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Beləliklə, dövlətimizin suverenliyi Azərbaycan xalqının şanlı qəhrəmanlıq mübarizəsi nəticəsində təmin edilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib.

Tədbirlərin sonunda Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş olunub.