İki ay əvvəl Həkəri çayında boğulan kişinin meyiti tapılıb

  • Müəllif: Şəbnəm
  • 19 Sentyabr 2026 15:09

Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən suda tapılıb.

Gununsesi.info xəbər verir ki, FHN-in bildirdiyi məlumata görə, onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, N. Həsənov 4 iyul 2026-cı il tarixində Həkəri çayında batmışdı.