Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var

  • Müəllif: Firuzə
  • 29 Sentyabr 2026 20:24

Ukraynanın Sumı şəhərində məktəb binasına zərbə endirilib, nəticədə 2 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, zərbə dörd idarəolunan aviasiya bombası ilə həyata keçirilib.

Yaralananlar arasında 3 uşağın olduğu bildirilir.

Gununsesi.info