Himalayda qar uçqununda 15 nəfər öldü

  • Müəllif: Firuzə
  • 01 Oktyabr 2026 21:36

Himalayda Ximlunq-Himal (7 126 m) zirvəsi ərazisində baza düşərgəsinə qar uçqununun düşməsi nəticəsində ölənlərin ümumi sayı 15-ə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Himalayan Times” nəşri yazıb.

Bildirilib ki, dağıntılar altından daha 4 nəfərin meyiti çıxarılıb.

Bir nəfər hələ də itkin düşmüş hesab olunur.

Gununsesi.info