Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

  • Müəllif: Firuzə
  • 02 Oktyabr 2026 09:24

Yaponiya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqi imkanlarını nəzərdən keçirir. Mümkün tədbirlər sırasında “kölgə donanması” adlandırılan gəmilərə qarşı məhdudiyyətlərin tətbiqi, ixrac məhdudiyyətlərinin genişləndirilməsi və ixrac nəzarətinin sərtləşdirilməsi yer alır.


Gununsesi.info 
xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Tokio son dövrlərdə Rusiyaya qarşı sanksiya təzyiqini artıran Avropa İttifaqı ölkələrini izləyə bilər. Yeni tədbirlərin konkret detalları üzərində işin davam etdiyi bildirilir.

Yaponiyanın Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməsi məsələsi Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə də əlaqələndirilir. Bu səfər Yaponiya hakimiyyətinin mənfi reaksiyasına səbəb olub.

Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdryov Yaponiyanın reaksiyasını əsassız demarş adlandırıb. Onun sözlərinə görə, o, Yaponiyanın xarici siyasət idarəsinin rəhbərinə Moskvanın mövqeyini çatdırıb və Rusiyanın Cənubi Kuril adalarının ölkə ərazisinin ayrılmaz hissəsi hesab etdiyini bildirib.

Gununsesi.info