Polşada təhsil almaq istəyənlər üçün Bakıda “Avropada Təhsil” sərgisi keçiriləcək.
Gununsesi.info xəbər verir ki, sərgidə Polşanın dörd universitetinin nümayəndələri iştirak edəcək.
Tədbirdə iştirakçılara təhsil haqqı, təqaüd imkanları, Avropada və Polşada tələbə həyatı barədə məlumat veriləcək.
Universitet nümayəndələri ilə birbaşa görüşmək və təhsil imkanları ilə bağlı suallarını ünvanlamaq istəyən şəxslər sərgiyə dəvət olunur.
Sərgi 10–11 oktyabr tarixlərində “Hilton Baku” hotelində keçiriləcək.
Qeyd edək ki, sərgidə iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat “studyineu.az” saytı vasitəsilə aparılır.
Şəbnəm









