ATƏT sədri sabah Ermənistana gəlir

  • Müəllif: Orxan
  • 14 Oktyabr 2026 13:39

Sabah – oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının vitse-prezidenti və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnatsio Kassis Ermənistana səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İrəvanda İqnatsio Kassis ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək. Görüşdən sonra tərəflərin birgə mətbuat konfransı təşkil olunacaq.

Gununsesi.info