Vətəndaş “Coffeemania” restoranında çayın qiymətinin baha olmasından gileylənib.
Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib.
Vətəndaş sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, restoranda bir kiçik çaynik çay üçün 9 manat, bir boşqab vafli üçün isə 12 manat ödəmək tələb olunur.
Vətəndaş vaflinin qiymətinə etiraz etmədiyini, lakin az miqdarda çaya 9 manat alınmasını insafsızlıq hesab etdiyini vurğulayıb. O, limonun da cəmi bir dilim verildiyini qeyd edib.
Paylaşımda restoranın çay qiymətinin yüksək olması istifadəçilər tərəfindən tənqid edilib.
Günay











