Bakıda küləyin sürəti 27 m/s-yə çatır

  • Müəllif: Orxan
  • 19 Oktyabr 2026 14:05

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur.

Bildirilib ki, şimal-qərb küləyinin maksimal sürəti 18-20 m/s, bəzi yerlərdə arabir 25-27 m/s-yə çatır.

Gununsesi.info