Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi aşkarlanıb

  • Müəllif: Firuzə
  • 19 Oktyabr 2026 19:25

Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi xəstəliyi təsdiqlənib.

Gununsesi.info xəbər verir ki, bu barədə Sankt-Peterburqdakı Botkin Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, daha əvvəl xəstəxanaya yerləşdirilən beş nəfərdə meymunçiçəyi xəstəliyi təsdiqlənib.

“Bütün xəstələrin vəziyyəti stabildir, yüngül və orta dərəcəli simptomlar müşahidə olunur”, – xəstəxanadan bildirilib.

Qeyd edək ki, meymunçiçəyi nadir yoluxucu xəstəlikdir, daha çox Mərkəzi və Qərbi Afrikanın ucqar ərazilərində yayılıb.

Gununsesi.info