Ermənistanın Stepanavan şəhərində “Güclü Ermənistan” partiyasından merliyə namizəd Arsen Gevorgyan saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının deputatı Areqa Ovsepyan “Facebook” səhifəsində məlumat yayıb.
Deputat bildirib ki, oktyabrın 21-də səhər saatlarında Stepanavanda siyasi təqiblər və kütləvi saxlanılmalar baş verib.
“Bu gün səhər növbəti “demokratiya” təzahürünün şahidi olduq. Stepanavanda genişmiqyaslı siyasi təqiblər və saxlanılmalar həyata keçirilir. “Güclü Ermənistan” partiyasının təxminən 14 tərəfdarı və üzvü, o cümlədən partiyanın merliyə namizədi Arsen Gevorgyan saxlanılıb.











