Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiya qiymətləndirilməsinin nəticələri ətrafında yaranan suallar açıq qalır.
Elm və Təhsil Nazirliyinin 2025–2026-cı tədris ili üzrə akkreditasiya qiymətləndirməsinə dair məlumatında Akademiyanın da adı çəkilsə də, ali təhsil müəssisəsi yekun qiymətləndirmədən müsbət nəticə əldə edə bilməyib.
Bu isə DİA-ya növbəti beş il üçün akkreditasiya şəhadətnaməsinin verilməsi məsələsini gündəmə gətirib.
Məsələnin mahiyyətinə aydınlıq gətirmək, qərarın səbəblərini və Akademiyanın rəhbərliyinin mövqeyini öyrənmək məqsədilə Gununsesi.info-nun əməkdaşı DİA-nın rektoru, akademik Urxan Ələkbərovla əlaqə saxlayıb.
Lakin rektor akkreditasiya qiymətləndirilməsinin nəticələri və beşillik şəhadətnamənin verilməməsi ilə bağlı sualları cavablandırmaq əvəzinə, jurnalistin məlumatın mənbəyini sorğulayıb, “Ağzınıza gələni yazmısız” ifadəsini işlədərək telefon danışığını yarımçıq dayandırıb.
Urxan Ələkbərov açıqlama zamanı deyib:
“Bu xəbəri sizə kim deyib? Ağzınıza gələni yazmısız”.
Elmar












