Prezidentin adından saxta xəbər yayılıb - FOTO

  • Müəllif: Firuzə
  • 03 Noyabr 2026 10:31

Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə ölkə vətəndaşlarına 100 manat məbləğində pul mükafatı verilməsini təsdiqlədiyi barədə saxta məlumatlar yayılıb.

Gununesi.info xəbər verir ki, yayılan məlumatlarda vətəndaşlara 100 manat ödəniş ediləcəyi iddia olunur və bununla bağlı müxtəlif keçidlər paylaşılır.

Lakin bu linklərə daxil olmaq ciddi təhlükə yarada bilər.

Belə ki, dələduzların əsas məqsədinin vətəndaşların bank kartı məlumatlarını ələ keçirmək və onların bank hesablarına müdaxilə etmək olduğu bildirilir.

Vətəndaşlara bu cür şübhəli keçidlərə daxil olmamaq, bank kartı məlumatlarını və SMS təsdiq kodlarını heç kimlə paylaşmamaq tövsiyə olunur.

Qeyd edək ki, rəsmi dövlət məlumatlarını yalnız etibarlı və rəsmi informasiya mənbələrindən yoxlamaq lazımdır.

Elmar
Gununesi.info