Milli Məclis 8 Noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib.
Gununesi.info xəbər verir ki, bəyanatı deputat Hikmət Babaoğlu oxuyub.
Müzakirələrdən sonra bəyanat qəbul edilib.
***
saat 11.54
Tarixi zəfərin mahiyyəti ildən-ilə üzə çıxır.
Gununsesi.info xəbər verir ki, bunu bugünkü plenar iclasda çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan qələbə illər keçdikcə daha böyük ədalətin bərpasına, dövlətçiliyin möhkəmlənməsinə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasına yol açıb. Azərbaycan ərazisində fəaliyyət göstərən kriminal xunta rejiminin varlığına son qoyulub.
Böyük səylər nəticəsində yaradılan siyasi, iqtisadi və hərbi potensial tarixi qələbədə öz təcəssümünü tapıb. BMT TŞ və digər təşkilatların kağız üzərində qalan qətnamələrinin icrası təmin edilib. Qarabağ və Şərqi Zəngəzurda qələbəmiz real məzmununu əks etdirir.











