Çexiya prezidenti ordunun böyük bir münaqişəyə hazır olmadığını etiraf etdi

  • Müəllif: Orxan
  • 03 Noyabr 2026 17:20

Müdafiə Nazirliyinin veb saytına istinadən verilən məlumata görə, Çexiya ordusu böyük bir münaqişəyə hazır deyil və NATO öhdəliklərini yerinə yetirə bilməyəcək.

Gununsesi.info xəbər verir ki, söhbət hökumətin 2 noyabrda təsdiqlədiyi 2040-cı ilə qədər Silahlı Qüvvələrin İnkişaf Konsepsiyasından gedir.

Pavelin sözlərinə görə, Çexiya müttəfiqlərinin tələb etdiyi hərbi potensialın inkişaf hədəflərinin 70%-nə çata bilmir və ən çox resurs tələb edən sahələrdə beş-on il geridə qalır.

Sənəddə ağır briqadanın tamamlanması və orta briqadanın modernləşdirilməsi, hava hücumundan müdafiə və pilotsuz təyyarələrə qarşı müdafiənin gücləndirilməsi, eləcə də komandanlıq və nəzarət sisteminin təkmilləşdirilməsi tələb olunur.

2030-cu ilə qədər orduda ən azı 32.000 hərbçi və 10.000 ehtiyatda olan əsgər olmalıdır, ehtiyat qüvvələrinin sayının isə 2040-cı ilə qədər 15.000-ə çatdırılması planlaşdırılır.

Dövlət başçısı qeyd edib ki, “ölkənin təhlükəsizliyinə görə məsuliyyət hökumətin üzərinə düşür”.

Maqsud

Gununsesi.info