Tramp demokratların qələbəsindən danışdı - Yaxşı iş gördülər

  • Müəllif: Firuzə
  • 04 Noyabr 2026 10:13

ABŞ prezidenti Donald Tramp Demokratlar Partiyasının aralıq seçkilərdə əldə etdiyi uğurlara münasibət bildirib.

Gununesi.info xəbər verir ki, Tramp demokratları qələbə münasibətilə təbrik edib və onların yaxşı nəticə göstərdiyini söyləyib.

“Demokratları təbrik edirəm. Yaxşı iş gördülər. Onlar 11 ildir bunun uğrunda mübarizə aparırdılar və nəhayət, buna nail oldular. Amma mən bu nəticəni özümə qarşı ciddi zərbə kimi qiymətləndirmirəm. Düşünürəm ki, prezidentlik tarixində ən yaxşı iki ili keçirmişik”, – deyə Tramp bildirib.

ABŞ prezidentinin bu açıqlaması demokratların seçkilərdə qazandığı uğurlardan sonra səsləndirdiyi ilk reaksiyalardan biri kimi diqqət çəkib.

Tramp bununla yanaşı, seçkilərin nəticələrini öz prezidentlik fəaliyyətinə verilmiş mənfi qiymət kimi qəbul etmədiyini vurğulayıb.

Firuzə Mahmudova
Gununesi.info