Bərdədə evdən meyit tapılıb

  • Müəllif: Firuzə
  • 10 Noyabr 2026 22:43

Bərdə rayonunda 40 yaşlı kişinin meyiti yaşadığı evdə tapılıb.

Gununesi.info  teleqraf.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma başlanılıb.

Gununesi.info