Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

  • Müəllif: Firuzə
  • 13 Noyabr 2026 11:06

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

Bu barədə Gununesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: “Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Gununesi.info