Dövlət Miqrasiya Xidmətinə (DMX) qəbul imtahanının sual bölgüsündə dəyişiklik ediləcək.
Gununsesi.info xəbər verir ki, 2026-cı ildə keçiriləcək dekabrın 4-dən sonrakı qəbul imtahanlarında Azərbaycan dili fənni üzrə suallar olmayacaq.
Yeni qaydalara əsasən, namizədlərə ümumilikdə 100 sual təqdim ediləcək. Sualların bölgüsü belə olacaq:
- Qanunvericilik – 50 sual;
- Məntiq – 20 sual;
- Dünyagörüşü – 15 sual;
- Emosional zəka – 15 sual.
Beləliklə, Azərbaycan dili üzrə 15 sual imtahandan çıxarılacaq, onların yerinə emosional zəka üzrə 15 sual əlavə ediləcək.
Qeyd edək ki, dekabrın 4-də keçiriləcək qəbul imtahanında isə əvvəlki qaydalar qüvvədə qalacaq. Namizədlərə qanunvericilikdən 50, məntiqdən 20, Azərbaycan dilindən 15 və dünyagörüşündən 15 sual veriləcək.
Yeni qaydalar dekabrın 4-dən sonra keçiriləcək qəbul imtahanlarında tətbiq olunacaq.
Vüsal












