Bakı Dövlət Universiteti (BDU) rektor Məleykə Abbaszadənin vəzifəsinin icrasına başladıqdan sonra işdən azad olunma və ya təyinatla bağlı hər hansı əmr imzalamadığını bildirib.
Gununsesi.info xəbər verir ki, universitet açıqlamasında Məleykə Abbaszadənin noyabrın 19-da kollektivə təqdim olunduğunu xatırladıb.
“BDU ilə bağlı məlumatları yayımlamazdan əvvəl universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirməyi və rəsmi xəbərlərə istinad etməyi xahiş edirik”, – açıqlamada bildirilib.
13:44
Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb.
Gununsesi.info “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə əmr imzalayıb.
Əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edilib.
Qeyd edək ki, Nərmin Heydərli BDU-nun bir neçə gün əvvəl işdən çıxarılan rektoru Elçin Babayevin dövründə bu vəzifəyə təyin olunmuşdu.












