Astarada polis sərhədçilərlə birlikdə narkotiklərin qanunsuz dövriyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.
DİN-in Mətbuat xidmıətinin regional qrupundan Gununesi.info-ya verilən məlumata görə, tədbir zamanı A.Əhədov, E.Taleh və əvvəllər məhkum olunmuş E. Babazadə saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.









