TRIPP layihəsinə start verildi - Tramp Paşinyana mesaj göndərdi

  • Müəllif: Orxan
  • 23 Noyabr 2026 13:34

Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP layihəsi üzrə işlərə başlandığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Paşinyan TRIPP-i Ermənistanın müstəqillik qazandığı vaxtdan bəri ən böyük iqtisadi layihəsi adlandırıb.

ABŞ Prezidenti Donald Tramp layihənin başlanması münasibətilə müraciət yayıb.

“TRIPP layihəsinə rəsmən start verilir”, – deyən Tramp müraciətində Paşinyanın “sülh yolunu seçdiyini” bildirib.

Gununsesi.info