
Gömrük orqanlarında rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 3,2 milyard dollar olub.
Gununsesi.info bunu Dövlət Statistik Komitəsinə istinadən bildirir.
Məlumatda bildirilir ki, ixracın dəyəri 2,3 milyard dollar, idxalın dəyəri 972,0 milyon dollar təşkil edib. Nəticədə 1,3 milyard dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 12,9 faiz azalıb.
2017-ci ilin yanvar-fevral aylarında 176,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-fevral aylarına nisbətən real ifadədə 0,3 faiz çoxdur.
VÜSALƏ
Gununsesi.info











