ABŞ-dan Ukraynaya 350 milyon dollarlıq yeni yardım

  • Müəllif: admin
  • 20 Mart 2023 20:31

ABŞ Ukraynaya 350 milyon dollarlıq yeni yardım paketini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken açıqlama verib.

Onun sözlərinə görə, paketə HIMARS-lar üçün döyüş dəsti , haubitsalar üçün döyüş sursatı, Bradley piyada döyüş maşınları, HARM raketləri, tank əleyhinə silahlar, çay katerləri və digər texnikalar üçün sursatlar,avadanlıqlar daxildir:
“Yalnız Rusiya bu gün müharibəni bitirə bilər. Rusiya bunu etməyənə qədər biz Ukrayna ilə nə qədər lazımdırsa, o qədər birləşəcəyik.

Tərcümə:
Afət