Qəzza zolağında 4 nəfərlik ailə həlak olub

  • Müəllif: Orxan
  • 27 Sentyabr 2024 12:04

İsrail ordusunun Qəzza zolağının şimalındakı Cibaliya bölgəsində bir evə təşkil etdiyi hava hücumunda ana, ata və iki əlil övladı həyatını itirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qəzzada Mülki Müdafiə Müdirliyindən edilən yazılı açıqlamada, İsrailin Cibaliya bölgəsində əl-Batş ailəsinin evinə edilən hücumda 4 fələstinlinin həyatını itirdiyi bildirilib.

Açıqlamada hücumda həyatını itirənlərin eyni ailədən olan ana, ata və iki əlil uşaq olduğu vurğulanıb. Şahidlərdən alınan məlumata görə, hava hücumunda hədəf alınan ev dağıdılıb, ətrafdakı bir çox evə böyük ziyan dəyib, çox sayda insan yaralanıb.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 534 fələstinli həyatını itirib, 96 min 92 nəfər isə yaralanıb.

Orxan Saffari

Gununsesi.info