Hizbullah Hayfaya raket zərbəsi endirdi

  • Müəllif: Orxan
  • 17 Oktyabr 2024 12:38

Bu gün səhər saatlarında Hizbullah İsrailin hayfa şəhəri istiqamətinə raket buraxıb.

Gununsesi.info xəbər verir ki. bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, Hayfa və Yuxarı Qaliley də daxil olmaqla, 4 bölgədə hava həyəcanı sirenləri işə düşüb.

Təsbit edilən iki raketdən biri vurulub, digəri isə açıq əraziyə düşüb.

Qeyd edək ki, 13 oktyabrda Hizbullah Hayfa yaxınlığında hərbi bazaya zərbə endirmişdi. Nəticədə 4 əsgər ölmüş, 67 əsgər yaralanmışdı.

Gununsesi.info