Nursultan Nazarbayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi

  • Müəllif: Günel
  • 05 May 2025 21:45

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin həyat yoldaşı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.

Bu barədə Gununsesi.info Orda.kz-yə istinadla xəbər verir.

Portalın mənbələrinin məlumatına görə, respublikanın keçmiş birinci xanımı Almatıdakı “Sovminka” kimi tanınan tibb mərkəzinin hospitalındadır.

Sara Nazarbayevanın xəstəliyinin nə olduğu barədə məlumat verilmir.(Oxu.az)

Gununsesi.info