Rusiya Amnesty İnternational-ı “arzuolunmaz təşkilat” elan edib

  • Müəllif: Orxan
  • 19 May 2025 17:05

Amnesty International Rusiyada “arzuolunmaz təşkilat” elan edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Baş Prokurorluğu Amnesty İnternational təşkilatını “arzuolunmaz təşkilat” elan etmək qərarına gəlib.

Baş Prokurorluq Amnesty International-ın Rusiyadakı fəaliyyəti ilə bağlı yazılı açıqlama yayıb.

Sözügedən qurumun Rusiyaya qarşı layihələr həyata keçirdiyi və Ukraynaya dəstək verdiyi ifadə edilən açıqlamada , “Londonda qeydiyyatdan keçmiş beynəlxalq qeyri-hökumət təşkilatı Amnesty International Limited-in Rusiyadakı fəaliyyətinin “arzuolunmaz” kimi tanınması ilə bağlı qərar qəbul edilib” , – deyə bildirilib.

Orxan

Gununsesi.info