Laçında qəzada ölənlər bir ailənin üzvləri imiş - FOTO

  • Müəllif: Günel
  • 27 İyul 2025 10:58

Laçın rayonunun Qarakeçdi kəndində ötən gün baş verən ağır yol qəzasında ölənlər bir ailənin üzvləridir.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən Mahir Abdullayev və Şəhla Novruzova ər-arvaddır.

Qəzada vəfat edən Xədicə Novruzova Şəhlanın bacısıdır.

Avtomobilin aşması nəticəsində xəsarət alan Ramilə Abdullayeva isə Mahir Abdullayevin qardaşı qızıdır. Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda müalicəsi davam edir.

Məlumata görə, M.Abdullayev əvvəllər polis işləyib. Təqaüdə çıxandan sonra isə Bakıda marşrut avtobusu sürürmüş.

M.Abdullayev və Şəhla Novruzovanın 3 övladı var.

Ailə Laçının Hacıxanlı kəndinə doğma yurdlarını görməyə gedibmiş.

Laçında ağır qəza: Üç nəfər öldü

Gununsesi.info