Şəxsi “səs tonu” – intellektual mülkiyyətdirmi?

  • Müəllif: Orxan
  • 20 Avqust 2025 14:32

Məşhur şəxsin səsi süni intellektlə imitasiyaya salınıb, reklamda istifadə olunur.

Bəs səs bir insanın mülkiyyəti sayılırmı? Razılıqsız istifadə qanun pozuntusudurmu?

Hüquqşünas Şamil Paşayev bu barədə Gununsesi.info-ya danışıb.

O, deyib:

“Bir şəxsin səsi onun fərdiliyinin elementidir və razılıqsız kommersiya məqsədilə istifadə olunarsa, bu şəxsi hüquqların pozulması kimi qiymətləndirilə bilər. Bu, mülki iddia üçün əsas yaradır”.

Orxan
Gununsesi.info