Myanmada GÜCLÜ ZƏLZƏLƏ

  • Müəllif: Firuzə
  • 21 Avqust 2025 12:17

Myanmanın cənubunda, Yanqon şəhəri yaxınlığında 5,4 maqnitudalı zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Tailandın Meteorologiya Departamenti məlumat yayıb.

Zəlzələ ocağı Andaman dənizinin 10 km dərinliyində yerləşib. Neypido şəhəri ərazisində daha zəif yeraltı təkanlar qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Gununsesi.info