Zelenski Putinin keçmiş arvadına sanksiya tətbiq edib

  • Müəllif: Firuzə
  • 25 Avqust 2025 14:46

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin keçmiş arvadı Lyudmila Oçerednaya, habelə prezidentin əmisi oğlu Mixail Putinə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Sanksiyalara məruz qalanlar siyahısına həmçinin “Dialoq” şirkətinin baş direktoru Vladimir Tabak, Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl və bu yaxınlarda Danimarkanın “Carlsberg” konsernindən rusiyalı iş adamlarına verilən “Baltika” şirkəti də daxildir.

Gununsesi.info