Hacıqabulda 25 yaşlı gənci cərəyan vuraraq öldürüb

  • Müəllif: Firuzə
  • 25 Avqust 2025 14:43

Hacıqabulda 25 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.

Gununsesi.info-nun Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun İkinci Udullu ərazi vahidinin Tağılı kəndində qeydə alınıb.

Həmin kəndin sakini, su nasosu ilə su vurmaq istəyərkən 2000-ci il təvəllüdlü Musayev Tarix Tahir oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info