İşğalçılar İordan çayının qərb sahilində Fələstinin yerli müdafiə komitələrinə atəş açıb

  • Müəllif: Orxan
  • 26 Avqust 2025 12:30

Fələstin torpaqlarını ələ keçirən israillilərin işğal altındakı İordan çayının qərb sahilində yerli Fələstinin müdafiə komitələrini hədəfə aldıqları bildirilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ramallahın şimalındakı Sinjil qəsəbəsindəki yerli müdafiə komitələri Fələstin torpaqlarını qəsb etmiş onlarla israillinin əl-Məzrəə əl-Şərqiyyə qəsəbəsindəki tarlalarda toplaşdığını müşahidə etdiklərini bildiriblər.

Şahidlərin bildirdiyinə görə, hərbi müdafiə altında olan israillilər müdafiə komitələrində fələstinlilərə atəş açıblar, lakin heç bir xəsarət və dağıntı olmadığını bildiriblər.

Fələstin dövlət televiziyası israillilərin Sinjil şəhərinin cənubundakı Et-Tell bölgəsinə intensiv hücumlarda həqiqi güllələrdən istifadə etdiyini bildirib.

Orxan

Gununsesi.info