Nikol 9 noyabr bəyanatının qüvvədən düşdüyünü açıqladı

  • Müəllif: Firuzə
  • 28 Avqust 2025 15:01

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü bildirib.

Gununsesi.info xəbər verir ki, bugünkü brifinqdə bu məsələyə toxunan Ermənistan lideri deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”.

“9 noyabr 9 noyabrda qaldı”, – Paşinyan əlavə edib.

 

Gununsesi.info