Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

  • Müəllif: Firuzə
  • 09 Sentyabr 2025 11:30

Sumqayıtın bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.

Bu barədəGununsesi.info-ya “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib.

Qeyd edilib ki, sentyabrın 9-da saat 11:00-dan etibarən, balans qovşaqlarında aparılan yenidənqurma işləri və tənzimləyici şkafın ləğv edilməsi ilə əlaqədar Sumqayıt şəhərinin 15-ci və 36-cı məhəllələrində qaz təchizatında məhdudiyyətlər olacaq.

İşlər tamamlanana qədər ümumilikdə 1200 abonentin qaz təchizatı dayandırılacaq.

 

Gununsesi.info