ICESCO Nəsimi Festivalının tərəfdaşı oldu

  • Müəllif: Firuzə
  • 11 Sentyabr 2025 16:10

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO Nəsimi Festivalının təşkilatçıları sırasına daxil olub.

Gununsesi.info xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ənənəvi keçirilən Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı 2018-ci ildən təşkil edilir.

Bu il festival sentyabrın 23-25-də Bakı və Şamaxıda keçiriləcək.

Nəsimi festivalının gələcəkdə ICESCO-nun baş qərargahının yerləşdiyi Rabat şəhərində də təşkili müzakirə olunan məsələlər sırasındadır.

Gununsesi.info