A seriyasında yeni mövsümün başlama vaxtı bilinib

  • By admin
  • 03 Avqust 2020 23:43

İtaliya A seriyasında yeni mövsümün başlama vaxtı müəyyənləşib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə qərarı A seriyası rəhbərliyi verib.

Mövsümün sentyabrın 19-da başlaması qərara alınıb. Çempionatın son oyunları isə mayın 23-də keçiriləcək. Milad bayramı ilə bağlı fasilədə də matçlar təşkil olunacaq.

Qeyd edək ki, avqustun 2-də başa çatan son mövsümün qalibi adına “Yuventus” yiyələnib.

 

 

Gununsesi.info