ABŞ-da səkkiz yaşlı uşaq odlu silahdan atəş açıb: Bir uşaq ölüb, biri yaralanıb

  • By admin
  • 28 İyun 2022 22:22

ABŞ-da Floridada səkkiz yaşlı uşaq dolu silahla oynayarkən faciə yaşanıb. O, təsadüfən digər bir uşağı öldürüb, o birini isə ağır yaralayıb.

Bu barədə NBC məlumat yayıb.

Aldığı xəsarət nəticəsində bir yaşlı uşaq dünyasını dəyişib. Yaralanan iki yaşlı ikinci uşaq xəstəxanaya yerləşdirilib.

Hadisə 8 yaşlı uşağın atası və sevgilisi ilə qaldığı moteldə baş verib. Hadisə qurbanları da elə  sevgilisinin uşaqları olub. Hadisə baş verən zaman uşağın atası moteldə olmayıb, sevgilisi isə yatmış olub.

Ata dəlillərin saxtalaşdırılması, kobud səhlənkarlıq və odlu silahın təhlükəsiz saxlanması qaydalarına əməl edilməməsi ittihamları ilə həbs edilib.

Gununsesi.info