ABŞ Husiləri terror təşkilatları siyahısından çıxardı

  • By admin
  • 12 Fevral 2021 20:38

ABŞ Yəməndəki Husiləri xarici terror təşkilatları siyahısından çıxarıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken açıqlama yayıb.

“Fevralın 16-dan etibarən Husilər adlandırılan “Ansar Alla” təşkilatı xarici terror təşkilatları siyahısından çıxarılır. Qərar Yəməndəki faciəvi humanitar vəziyyətə əsaslanaraq qəbul olunub”, – deyə Blinken qeyd edib.

Entoni Blinken Yəməndəki bütün münaqişə tərəflərini dialoqa getməyə və münaqişənin siyasi həll yollarını axtarmağa çağırıb.

ABŞ-ın Husiləri yaxından izləyəcəyini ifadə edən Blinken Səudiyyə Ərəbistanına və ticarət gəmilərinə qarşı hücumların cavabdehlərinin tapılaraq, onlara sanksiyalar tətbiq edəcəklərini vurğulayıb.

“Bu münaqişənin hərbi bir həlli olmadığına dair inancımızın üstündəyik”, – ABŞ-ın BMT və digər tərəfdaşları ilə Yəməndəki müharibəni bitirməyə çalışacaqlarına eyham vuran Blinken əlavə edib.

Xatırladaq ki, Husilər Donald Tramp administrasiyası tərəfindən xarici terror təşkilatları siyahısına daxil edilmişdi.