ABŞ İran futbolçularına viza verib

  • By Admin2
  • 06 İyun 2026 11:39

ABŞ İran milli futbol komandasının oyunçularına 2026-cı il FIFA Dünya Kubokunda iştirak etmək üçün viza verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Telekanalın Ağ Ev sözçüsünə istinadən verdiyi məlumata görə, İranlı futbolçuların ABŞ-a daxil olması üçün viza rəsmiləşdirilib.

İran milli futbol komandasının Dünya Kubokundakı ilk oyunu iyunun 15-də Los-Ancelesdə keçiriləcək. Komanda həmin görüşdə Yeni Zelandiya milli futbol komandası ilə qarşılaşacaq.

İran millisi qrup mərhələsində, həmçinin Belçika milli futbol komandası və Misir milli futbol komandası ilə də üz-üzə gələcək.

Gununsesi.info