ABŞ Prezidenti Qətərin Baş naziri ilə görüşüb

  • Müəllif: Admin08
  • 13 Sentyabr 2025 09:12

ABŞ Prezidenti Donald Tramp sentyabrın 12-də Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşüb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə jurnalistlərə Ağ Ev nümayəndəsi deyib.

Amerika liderinin mətbuat xidməti prezident Trampın planlaşdırıldığı kimi Qətərin baş naziri ilə nahar etdiyini təsdiqləsə də, digər təfərrüatları açıqlamayıb.

Gununsesi.info