ABŞ-ticarət siyasəti: Tramp dövründə tətbiq edilən gömrük tarifləri və icraedici səlahiyyətlər

ABŞ Ali Məhkəməsi “International Emergency Economic Powers Act” (IEEPA) əsasında Trump administrasiyası tərəfindən müəyyən edilmiş qlobal tariflərin qanuniliyini müzakirə edir.

Maraqlıdır, icraedici hakimiyyət gömrük və tarif siyasətində nə qədər səlahiyyətə sahibdir?

Bu müzakirə yalnız ABŞ-də deyil, beynəlxalq ticarət sistemində başqa dövlətlərə də mesaj göndərə bilər.

Ticarət siyasəti stabil iqtisadi mühit üçün əsasdır.

ABŞ-də belə bir hüquqi müzakirənin olması dünya ticarət sistemində zəncirvari təsirlərə yol aça bilər.

ABŞ-nin tarif siyasəti çoxqütblü dünya nizamında hansı yeni iqtisadi bloklaşmalara yol aça bilər?

Bu, Çin-Asiya, Avropa və inkişaf edən ölkələr ittifaqlarını dərinləşdirə bilərmi?

Əslində, ABŞ-də prezidentin xarici iqtisadi əməliyyatları tənzimləmək üçün istifadə etdiyi statuta ­International Emergency Economic Powers Act (IEEPA) adlı 1977-ci il qanunu daxildir. Hansı ki qeyri-adi və fövqəladə təhlükə mövcud olduqda xarici ticarət və maliyyə əməliyyatlarını tənzimləmək imkanı verir.

Lakin məhz tariflər kimi geniş miqyaslı idxal vergiləri tətbiq etmək səlahiyyəti bu qanunda açıq şəkildə yer almır. Bu, konqresin üstünlüyündə olan sahə kimi qəbul olunur.

ABŞ Ali Məhkəməsi və aşağı instansiya məhkəmələrində argumentlərdən biri budur ki, prezidentin tarifi tətbiq etməsi faktiki olaraq “vergiləndirmə” funksiyasını icra edir, hansı ki Konqresin səlahiyyətidir.

Əgər prezident IEEPA-ya əsaslanaraq tarifləri geniş şəkildə tətbiq edə bilirsə, bu, konqresin ticarət və iqtisadi siyasətə nəzarət funksiyasını zəiflətmə riski daşıyır.

Bir sözlə, ABŞ-icraedici səlahiyyətləri genişləndirməyə çalışdıqca, həm daxildə konqres-icra balansı sarsıla bilər, həm də qlobal ticarət rejiminin sabitliyi zərbə ala bilər.

ABŞ-nin davranışı digər güc dövlətləri üçün “oyun qaydaları”nı yenidən müəyyən etmə meyli daşıya bilər. Bu isə yeni bloklaşmaların və ticarət rejimi dəyişikliklərinin başlanğıcı ola bilər.

 

Elmar
Gununsesi.info