ABŞ universitetlərinin Bakıda sərgisi təşkil olunub -FOTO/VİDEO

Bu gün Amerika Azərbaycan Mərkəzində “EducationUSA” təhsil sərgisi təşkil olunub.
Gununsesi.info xəbər verir ki, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hugo Gevara sərgidə çıxıb edib. O bildirib ki, Amerika təhsil sahəsində dünyanın öndə gedən ölkələrindən biridir.
Müvəqqəti işlər vəkili öz ölkəsində fəaliyyət göstərən universitetlər hakkında danışıb. O bildirib ki, ABŞ-ın başqa ölkələrdən bir fərqi var.
Bu da ondan ibarətdir ki, ABŞ-da təhsil alan tələbələrə fərqli fikirlilik, başqa inanclara hörmət aşılanır.
Tədbirdə Dövlət Dillər Universitetinin prorektoru Novruz Məmmədov da çıxış edib. O, Azərbaycan tələbələrinin ABŞ-da təhsilə böyük maraq göstərdiyini deyib.
Şəbnəm
Gununsesi.info