Adil Əliyev Ramiz Mehdiyevin karantin qaydalarını pozmasından danışdı

  • By admin
  • 22 Avqust 2020 12:19

Milli Məclisin sədr müvaini Adil Əliyev vəzifəli şəxslərin karantin rejiminin qaydalarını pozması hallarına münasibət bildirib.

Gununsesi.info Adil Əliyevin reaksiyasını təqdim edir:

“Cənab Prezident koronavirus bəlası ilə bağlı çıxışlarında hər kəsi sərt karantin rejimi çərçivəsində qaydalara əməl etməyə çağırır. Çıxışlar və həyata keçirilən tədbirlər koronavirus bəlasının fəsadlarının qarşısını almağa yönəlib. Həm də görülən tədbirlər ölkəmizdə insan sağlamlığına göstərilən diqqəti göstərir. Ortaya çıxan nəticə bundan ibarətdir ki, bəladan nə qədər tez qurtulsaq, o qədər yaxşıdır.

Təəssüf olsun ki, bəzi səlahiyyətli şəxslər sərt karantin rejiminə əməl etmək istəmirlər. Qaydalardan kənara çıxırlar. Onlar bilərəkdən qaydaları pozurlar. Karantin rejiminin qorunması yönündə görülən işlərə kölgə salırlar. Bununla da cəmiyyətdə inamsızlıq və etibarsızlıq yaradırlar.

Hamılıqla qaydalara əməl etməliyik ki, vəziyyət nəzarətdən çıxmasın”.

Qeyd edək ki, bu günlərdə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev nəvəsi üçün toy edib. Həmin məclisdə Milli Məclisin deputatları və ayrı-ayrı vəzifəli şəxslər iştirak edib.

 

 

Gununsesi.info