Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi keçirilib - VİDEO

Mayın 4-də açılışı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tərəfdaşlığı ilə reallaşan “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının Azərbaycan Dövlət Akademik Musiqili Teatrında mayın 8- də bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə münsiflər heyətinin sədri teatrşünas, professor İsrafil İsrafilov festivalın əhəmiyyətindən danışaraq qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, mühüm və uğurlu işlərə imza atdığını xüsusi vurğulayıb.

Qeyd edək ki, 2022-ci ildə universitetin 100 illik yubileyinə töhfə olaraq “ADMİU 99+” layihəsi çərçivəsində əsası qoyulmuş “Pillə” festivalı qısa müddətdə ənənəyə çevrilərək ölkə miqyasında mühüm sənət platforması statusu qazanıb.

@gununsesi.info

Dövlət Akademik Milli Teatrda mükafatlandırma mərasimi keçirilib.

♬ оригинальный звук – Gununsesi.info

Məmmədova İlhamə

Gununsesi.info