Ali Məhkəmə də Tofiq Yaqublunun “stop”unu götürmədi

  • By admin
  • 28 Oktyabr 2022 16:41

Azərbaycan Ali Məhkəməsi  Milli Şura üzvü Tofiq Yaqublunun ölkədən çıxışına qoyulmuş məhdudiyyətlə bağlı kassasiya şikayətini təmin etməyib.

Gununsesi.info-nun xəbərinə görə, şərti olaraq mühakimə edilmiş Yaqublu 2021-ci ilin yayında ölmək üzrə olan anası ilə vidalaşmaq üçün Gürcüstana getməsinə icazə verilməsini xahiş edib.

Suraxanı rayon məhkəməsi işə baxarkən qadın vəfat edib. Bu zaman Yaqublu dəfndə iştirak üçün getməsinə icazə verilməsini istəyib. Amma ona icazə verilməyib. Yaqublu Bakı Apellyasiya Məhkəməsinə şikayət verib, yenə imtina cavabı alıb.

Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, qeyd edilən qərarı qüvvədə saxlayıb.

Tofiq Yaqublunun vəkili Aqil Layic Gununsesi.info-ya bildirib ki, qərarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər.

 

Mətləb

Gununsesi.info