Gəncədə oğul anasını öldürüb

  • Müəllif: Firuzə
  • 21 Avqust 2026 19:00

Gəncədə oğul anasını qətlə yetirməkdə şübhəli bilinir.

Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı Yeni Qəsəbə adlanan ərazidə baş verib.

1978-ci il təvəllüdlü Qərənfil Muxtarova evində boğularaq öldürülüb. İlkin ehtimala görə, qadını oğlu 2002-ci il təvəllüdlü Elgün Mirzəyev qətlə yetirib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma başlanılıb.

Gununsesi.info